İfa edir, 4390 №-li məhbus…


khadija_gaibova-e1534335472666.jpg

1938-ci il, 27 oktyabr…15 dəqiqəlik məhkəmə və ÖLÜM HÖKMÜ! Müqəssir kürsüsündə dayanan məhbusu bircə gerçək diksindirmişdi; bu barmaqlar bir daha piano dillərinə toxuna bilməyəcək!

Xədicə ərəb adıdır, mənası birinci, ilk deməkdir. Bu araşdırma yazımda haqqında bəhs edəcəyim şəxsiyyət peşəkar pianoçu xanımların xədicəsi, Xədicə Qayıbovadır!

Xədicə Osman qızı Qayıbova 1893-cü il, mayın 24-də Tiflisdə tanınmış ruhani Osman Müftizadənin ailəsində dünyaya gəlib. Xədicə xanım ana tərəfdən Terequlovlar nəslindən idi.

Pianonun ağ dilləri…

Xədicə Qayıbova təməl musiqi nəzəriyyəsini və eləcə də fortepianoda çalmağı Tiflisdə “Müqəddəs Nina” qızlar məktəbində təhsil alarkən öyrənir. 1911-ci ildə məktəbi bitirdikdən sonra ailə qurur və 8 il sonra Bakıya köçür. Xədicə xanım Tiflisdə qalsaydı, Bakıya gəlməsəydi deyirəm, amma o zəngin fəaliyyəti ilə tanış olduqca nə yaxşı ki, gəlmiş deyirəm. Məşhur bir deyim var: yol gedilincə görünər. Xədicə xanım Bakıya yol almadan nə biləydi onu qarşıda nələr gözləyir?!…

Xədicə Qayıbova fortepianoda xalq mahnıları və muğamlar əsasında improvizasiyalarla çıxış edirdi. Sovet dövründə X.Qayıbova musiqi tədrisi sahəsində daha fəal iştirak etməyə başlayır, bir sıra layihələrlə çıxış edir. 1920-ci ildə Xalq Maarif Komissarlığı nəzdində Şərq musiqi şöbəsinə müdir təyin olunan Xədicə Qayıbova “Qısamüddətli Şərq musiqi kursları” təşkil edir, uşaq xoru yaradır. Şərq Konservatoriyasının əsasını qoyaraq, buraya bütün peşəkar musiqiçiləri toplamağa nail olur. “Şərq musiqi kursları” ləğv olunduqdan sonra o, Azərbaycan Dövlət Konservatoriyasının nəzəriyyə və bəstəkarlıq fakültəsində təhsilini davam etdirir.

1934-cü ildən indiki Bakı Musiqi Akademiyası nəzdində Elmi Tədqiqat Musiqi salonunda peşəkar fəaliyyətinə davam edir. Xədicə xanım burada xalq dastanları, mahnı və muğamların toplanması ilə məşğul olur. Bu salonda kimlər yığışmırdı?! Xədicə xanım qapılarını dahi şəxsiyyətlərə açıq tuturdu. Ü.Hacıbəyov, R.Qliyer, L.Rudolf, H.Sarabski, Bülbül, F.Köprülüzadə, N.Hikmət kimi şəxsiyyətlər bu məkanı ziyarət edər, musiqi sənəti ətrafında müzakirələr edərdilər. O vaxt Xədicə xanımın ağlına belə gəlməzdi ki, Cümhuriyyət dönəminin parlayan aydınları ilə görüşləri davam etdirməsi onu fəlakətə sürükləyə bilər. O, doğru bildiyini edirdi, günah olmayan, ayıb olmayan, ziyan olmayan hərəkətlərinə görə nə vaxtsa yarğılanacağını ağlının ucundan belə keçirmirdi. Bəlkə də bunu təxmin etsə belə yenə edərdi, çünki bu görüşlər, fəaliyyətlər qəbahət deyildi. Bunlar bir sənətkarın ruhunun qidası idi.

download

Xədicə Qayıbova həyat yoldaşı Nadir Qayıbovla

 Pianonun qara dilləri…

“Gecə gəlmişdilər. Səs-küyə ayıldım. Anam həmin gəlişə nə qədər hazır olsa da, sarsılmışdı. Rəngi ağappaq idi…” deyə qeyd edir, Xədicə xanımın qızı Alanqu. (Akademik Rafail Hüseynov Alanqunun xatirələrində paylaşır). Digər bir mənbədə, Ziya Bünyadov qeyd edir ki, 1938-ci ildə Xədicə Qayıbova “xalq düşməni” kimi yenidən tutulur. Martın 17-də Şah döngəsi 16 nömrəli evində həbs olunarkən Xədicə xanımın 23 yaşlı oğlu Abdülkərim və 12 yaşlı qızı Alanqu vardı. Həmin ərəfədə ikinci həyat yoldaşı Rəşid Qayıbov da satqın kimi həbs edilmişdi. Xədicə xanımı Türkiyənin xeyrinə casusluqda, müsavatçılara rəğbət bəsləməkdə ittiham edirdilər. Xədicə Qayıbovanın evində Cümhuriyyət dövründə də, sovet illərində də türk zabitləri, xarici qonaqlar çox olurdu. 1937-ci ildə keçirilmiş musiqi axşamları siyasi kontekstdə qiymətləndirilməyə başlanılır.

Xədicə xanım hələ bundan 5 il qabaq, 1933-cü ildə sovet hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs kimi casusluqda ittiham olunur, 3 ay müddətinə həbs olunur. Onu əksinqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da, heç bir sübut, dəlil olmadığına görə həbsdən azad edilir. Pianonun qara dilləri çalınırdı…

Akademik Ziya Bünyadov “Qırmızı terror” kitabında rus-sovet repressiyasının ilk iki ili ərzində 70 minə yaxın ziyalının həbs edilib güllələnməsini qeyd edir. Hesab olunur ki, repressiya dalğası elm, ədəbiyyat sahəsi ilə müqayisədə musiqi sahəsində kütləvi hal almamışdı. Bunu tədqiqatçı-alim Fərəh Əliyeva da təsdiq edir. Fərəh xanım yazılarında qeyd edir ki, 1937-ci il qurbanları arasında hələlik bizə məlum olan iki musiqiçi vardır: Xədicə xanım Qayıbova və Sergey Paniyev.

347px-Xədicə_qayibova

4390 №-li məhbus…dəmir və barmaqlar arasında!

İfa edir 4390 №-li məhbus… Dəmir barmaqlar arasında. Dəmir və barmaqlar, bir painoçu üçün hər şeyin sonu deməkdi. O, barmaqlarını qorumalıdır, nə olursa olsun. Qorumalıdır. Xədicə xanım həbsdə olduğu müddətdə irəli sürülən bütün bu ittihamlar nəticəsində cəzanın qaçılmaz olduğunu bilirdi. Amma bu cəzanın ölüm olacağı ağlına belə gəlməzdi. Odur ki, o an tək qayğısı əlləri idi.

Beləliklə,1938-ci il, martın 16-da Dövlət Təhlükəsizlik İdarəsinin leytenantı Tevosyan saxta, heç bir fakta əsaslanmayan bir arayış tərtib edir. Məhz bu arayışa əsasən Xədicə xanım 1938-ci il martın 17-də Dövlət Təhlükəsizlik İdarəsinin 4390 №-li orderinə əsasən həbs edilir. Xədicə xanım müstəntiq tərəfindən 9 dəfə dindirilir. Qərara əsasən, Qayıbova Xədicə xanım Osman qızı Türkiyə konsulluğu ilə əlaqələrinə və casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnməyə məhkum edilir.

“Xalq düşməni” S.M.Əfəndiyevin həyat yoldaşı Zivər xanım Əfəndiyeva məhbusluq xatirələrini paylaşarkən qeyd edir ki, o vaxt dustaqxana qadınlarla dolmuşdu. Onlar həyat yoldaşlarına görə tutulmuş vəzifəli şəxslərin, hərbçilərin xanımları idilər. Zivər xanımın olduğu kamerada Xədicə Qayıbova və 30 nəfərdən çox başqa qadın da vardı: “Xədicə xanım özünü şux aparır, hərdən mahnı zümzümə edir, rəqs edirdi. Bir dəfə belə dedi: “Mən incəsənət adamıyam. Mənim musiqi dünyam yasa batıb. Gərək özümü qoruyam, sarsılmayam. Eybi yoxdur, lap sürgünə də göndərsələr, məhv olan deyiləm. Orda da musiqi klubu düzəldib rəqs edəcəyəm, oxuyacağam, çalacağam. Qoy onlar sevinməsinlər…””. Amma sən saydığını say, gör fələk nə sayır. 15 dəqiqə içərisində tələm-tələsik verilən ölüm hökmü ilə, musiqi dünyası yasa batır. Pianonun bu dəfə nə qara, nə də ki, ağ dilləri çalınır. Piano cansızlığına məhkum vəziyyətdə qalır. Onu bir də kimsə Xədicə kimi çalmayacaq. O barmaqlar əbədiyyətə qovuşdu, həm də son musiqisini çala bilmədən. Görəsən bu şansı ona tanısaydılar, hansı əsəri çalardı? Bəlkə də ağlında hələ çalmadığı yüzlərlə bəstə vardı. Bunu heç vaxt bilməyəcəyik.

Səhvən oldu… Bağışlayın!

Pianoçunun ölümündən 16 il sonra qızı Alanqu anasının günahsız həbs olunması və güllələnməsi haqda Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edir və Xədicə Qayıbova haqqında ətraflı məlumat istəyir. 1955-ci il aprelin 28-də müstəntiq Menyayev Alanqu xanımın ərizəsi ilə bağlı işə bir daha nəzər salır və heç bir cinayət tərkibi olmadığını aşkar edir və işin xətm olunmasına dair qərar verilir. 14 fevral, 1956-cı il qərarına əsasən, Qayıbova Xədicə xanım Osman qızına bəraət verilir, fevralın 29-da isə qızı Alanquya bu barədə arayış təqdim edilir. O zaman Alanqunun 28 yaşı vardı, Xədicə Qayıbovanın təmiz adı işıq üzü görmüşdü, qızının inadı sayəsində. Alanqu anasına bənzəmişdi…

 819397224-640x640.jpg

Rekviyem-“İlahi, ona əbədi rahatlıq ver”

Xədicə xanımın ruhu artıq əbədi rahatlığına qovuşmuşdu. Qızı Alanqu xanım, anasına edə biləcəyi ən böyük hədiyyəni etmişdi. Xədicə Qayıbova “Vətən xaini” deyildi. O, Azərbaycanın ilk peşəkar qadın pianoçusu olmaqla bərabər, bu alətdə ilk dəfə muğam ifa edən sənətkar, maarifçi, ictimai xadim idi.

Dəyişməyən bir şey olacaqdı. 12 yaşlı o qızcığaz həyatının ən şaxtalı payızını anasını 45 yaşında vaxtsız və haqsız itirməklə yaşamışdı. Geriyə qalan isə onun qulağında anasının heç vaxt susmayacaq canlı ifalarıydı.

İfa edir, Xədicə Qayıbova…

Qeyd: Yazım Azərbaycan dilində “Cümhuriyyətə işıq saçan qadınlar” araşdırma yazılar toplusunda dərc olunub. İngilis dilində tərcüməsi isə Visions of Azerbaijan jurnalına təqdim olunub.

Posted in Audio podkast | Leave a comment

Birlikdelik sevdasi…


Birlikdelik sevdasi

03.02.2015

Tekliye mehkum ola-ola

Birlikdelik sevdamiz var

Birge yasamaga olan

tutqumuz ve çabamiz var

Teklik qorxumuz

Teklikden qacisimiz

Omur boyu birlikdelik arzumuz var

Arada ölüm boyda böyük serhed

Vecsizlik boyda kicik manee ola-ola

Birgeliye tehkimlik var

Bir gun elbet torpaq altda

tek curumek ola-ola

Birlikde olmaq qaygimiz,

ezabimiz, derdimiz var

Qorxu

Zeiflik

Mezlumluq

Mehebbet

Belke de fedakarliqdir

Birge olmaq sevdamiz

Posted in Yolüstü cızmaqara | Tagged , , , , | Leave a comment

Ana südü


Faydalı bilgilər üçün oxunaqlı bloqdur.

Analar Klubu

Yenidoğulan uşaqlar üçün ana südünün vacibliyi mübahisəedilməzdir. Hər halda indiyə kimi bütün həkimlər ana südünün uşağın inkişafı prosesində necə əhəmiyyətli təsirə malik olduğunu xüsusi vurğulayıblar.

Bakıda ana olan  rəfiqəm uşağına süd verə bilməməsinin səbəbini mənimlə paylaşanda ciddi şok keçirdim deyə bilərəm. Dövlət xəstəxanalarının birində ana olan həmin rəfiqəmin döşündə süd olsa da, uşa əmə bilmirmiş. Və həkimlər bunu səbəb gətirərək uşağa “mama” (ana südü əvələyicisi, türkcə “devam sütü” deyirlər) verməyə başlayıblar. Bizim həkimlər, tibbi bacıları bu qədər ciddi məsələyə necə belə səhlənkar yanaşırlar anlamıram. Süd döşü incidir, sadəcə uşaq əmə bilmədiyi üçün süni qidalara keçirlər. Dəhşət. Odur ki, icazənizlə, sizinlə öz təcrübəmi paylaşım.

View original post 338 more words

Posted in Audio podkast | Leave a comment

Ənənəvidən yeni mediaya…


UntitledTexnoloji gəlişmə günümüzün əsas məsələsinə çevrilib: kommunikasiya vasitələri zamanla təkamül edir və biz kabeldən kabelsiz cihazlara, telefondan televiziya əsrinə keçidin şahidi olduğumuz kimi indi də kiber dünyadakı konvergensiyanın içindəyik. Konvergensiya haqqında demək olar ki, hər bir media nəzəriyyəçisi danışır, lakin hələ də bəzi ekspertlər bu anlayışın dəqiq müəyyən olunmadığını düşünür. Əlbəttə ki, konvergensiyanın başlanğıc mərhələsini analoqdan rəqəmsala keçidlə bağlaya bilərik.  Amma bu o demək deyil ki, sadəcə texnoloji yeniliklərə ayaq uydurmaqla, tablet, ağıllı telefon və.s. istifadə etməklə bu prosesi qavramış və tətbiq etmiş oluruq. Jurnalistikaya, kontent yaratmağa təfəkkür, zehniyyət və baxış tərzi dəyişməlidir. Kanadalı nəzəriyyəçi Marshall McLuhan (1964) deyir ki, biz bu günümüzə maşının arxa güzgüsü ilə baxırıq və  biz bu günün işini dünənki alətlərlə, dünənki konseptlərlə görürük. Yaxşı bəs yeni media dediyimiz bu dönəmdə yeni konsepsiyalar nədir? İnteqrasiya, konvergensiya necə olmalıdır? Bu suallar ətrafında baş yormaq vaxtı çoxdan gəlib çatıb.  Continue reading

Posted in Yeni mediaya giriş | Tagged , , , | Leave a comment

İçinə olan əsl sevgi…


Ana olmaq hissiyləmi başlayır dünya haqqında ən dərin düşüncələr? Ya da görəsən bir qadın insan dünyaya gətirəcəyi xəbərini aldığı gün ağlından nə keçirir? Belə bir sorğu keçirmək istərdim, qarşıma çıxan hər anadan. Bəlkə də ancaq gənc analardan, hətta analığa namizədlərdən. Çünki qorxuram ki, illərin anaları unutqanlıqdan qeyri-səmimi cavab verə bilərlər.

Ana olmaq nə deməkdir, bilmirəm. Amma bir şeylər baş verdiyinə dəqiq əminəm. Qəribə hisslərdir. Sanki bundan, bu xəbəri almazdan öncə həyat tamam başqa şəkildə davam edirmiş. Sanki indi əvvəl çox önəmli saydığın şeylər gülüncləşir, önəmsizləşir və hətta unudula bilir. Başın bir növ özünə və bu xəbərə qarışır. Bəzən o qədər qarışır ki, gündəlik qayğılar və ya öhdəlikər yaddan çıxa bilir. Elə bil ki, heç yoxmuş kimi. İçinə daha çox qapanırsan, çünki içinin daha zəngin və dəyərli olduğunu düşünürsən. Kənardan gələn səslər sənə iynə kimi dəyə bilir və beləcə həssasslaşdığını iddia edirlər. Sənsə elə bilirsən ki, hər şey normaldır. Sadəcə insanlar səni daha az anlamağa başlayıb.

İçinə olan sevgin və düşkünlüyün səni dost-tanışdan uzaqlaşdıra bilir.

Qəribə olan odur ki, bu uzaqlaşma və tənhalaşma səni qəti qorxutmur. Əvvəl belə durumlarda tək olduğunu düşünürdün, indi isə bu uzaqlıq səni içinə, içində olana yaxınlaşdırır və sən tək olmadığını dərk edirsən.

Posted in Yolüstü cızmaqara, Şizofrenik sayıqlamalar | Tagged , , , , | Leave a comment

Yeni media dərsi: öyrəndiklərimiz və dahası!


Facebook-da sorğu, Tələbələr dərsdən nə öyrəndi?

Facebook-da sorğu, Tələbələr dərsdən nə öyrəndi?

Mayın 29-da 45 tələbəmlə rəsmi olaraq sağollaşdım. Semestr bitdi. Bu bloq yazımı bir az tələbələrimin diliylə yazmaq istəyirəm. Facebook-dakı qrupumuzda tələbələrimdən bu dərsdən nə öyrəndiklərini soruşdum. Cavablar hələ də gəlir. Yeni media alətləri ilə tanış oldum,  onlardan faydalı yararlanmağı öyrəndim deyənlər var. Tələbələrim arasında sən demə internet düşmanları var imiş və onlar bu dərsdən sonra interneti sevməyə başladıqlarını deyirlər. Çünki onun verdiyi imkanlarla daha yaxından tanış ola biliblər. Əslində, bunun üzərində bir az baş yordum. Doğrudan bu dərsdə hədəfim daha mürrəkkəb vərdişləri vermək idisə də, birdən yanaşmam dəyişə bildi. Çünki tələbələrə bəzi alışqanlıqlar vermək zorunda qaldım. Məsələn, Email-lə işləmək vərdişi. Bunun yeni medianın çox-çox təməl sıralarında durduğunu bilsəm belə, buna sevinirəm. Çünki semestr sonunda içim çox rahatdır. Tələbələrim ən azından Gmail işlədir, Google məhsullarını tanıyır, online anket sorğu hazırlaya bilir. Jurnalist olaraq podkast, vodkast edə bilir. Ən əsası isə bloq yazmaq alışqınlığına sahibdirlər. Hətta tələbələrimdən biri özünə ayrıca bloq belə açıb. Continue reading

Posted in Yeni mediaya giriş | Leave a comment

Yeni medianı necə tədris edək?


BSU, RJ 307 qrup tələbəm Adeyemi Kazeem

Mən təbii ki, jurnalistika fakültəsinin tələbələrinə yeni medianın tədrisi məsələsinə toxunacağam. Əvvəlki bloq yazılarımdan da məlumdur ki, bu sahəni tədris edirəm və demək ki, bu sualı özümə vermişəm. Cavabını isə ən az həftədə üç dəfə güncəlləyirəm. Əsas paylaşmaq istədiyim məqam budur ki, yeni media tələbələrə tədris olunan zaman bunu köhnə mediaya alternativ və ya düşman qismində təqdim etmək yanlışdır. Media var, kommunikasiya var, jurnalistika var. Öncəliklə bu anlayışları doğru tanımlayan müəllim yeni medianın yeni imkanlar olduğunu qeyd etməlidir. Bu yeni imkanlar bərabərində mobillik, interaktivlik və zaman, məkan sərhədsizliyini gətirir.

BSU, AJ 308 qrup tələbəm Səmra Sədrəddinli

Demək, kommunikasiya şəklimiz dəyişir, demək, media yeni don geyinir və jurnalistlərin əlinə yeni vasitələr keçir. Mən tələbələrimə yeni medianı tədris edərkən deyirəm ki, bizlər yeni vasitələri görməzdən gəlməli deyilik və görməklə də yetinmək olmaz. Tətbiq etmək olayı var işin içində. Deməli, kontent də yenidən yaranır, bu dəfə daha oxunaqlı, insanlara daha yaxın və çatımlı şəkildə.

Continue reading

Posted in Yeni mediaya giriş | Tagged , , , , , , | 4 Comments

Tədrisdə sosial media aktivliyi


Tələbərim dərs prosesini tablet kompüterə çəkir, tweet atır:)

Tələbərim dərs prosesini tablet kompüterə çəkir, tweet atır:)

Yeni mediaya giriş dərsimə təxminən belə bir sualla başladım:

“Sosial media məcralarında harada varsınız?”

Gələn cavabların əksəriyyəti Facebook olsa da, tələbələrimin arasında Facebook-da olmayanlar da var idi. Doğrusu mən bu cavabdan bir az üzüldüm. Çünki 3-cü kurs olduğu üçün daha fərqli məcralar eşidəcəyimi sanırdım.

Facebook qrupumuz:)

Facebook qrupumuz:)

Mən tələbələrimin əksəriyyəti ilə Facebook-da dostam, bu mənim işimə yarayır. Çünki onlar sosial media aləti olan bu Facebook-dan necə istifadə edirlər görə bilirəm. Nə yazıq ki, çoxları effektiv işlətmir. Amma aralarında iş təcrübəsi olan tələbələrim var ki, onlar Facebook-dan bir jurnalist olaraq yaxşı istifadə edirlər. Mənim dərsim onlara bu mənada daha da kömək olub.

Tələbələrim üçün  Facebook-da qapalı qrup yaratdım. Faydası odur ki, dərsdən kənarda 24 saat əlaqə saxlaya bilirik. Müzakirələr olur, tələbələr öz materiallarını paylaşırlar, şərh edirlər. Mənə suallar olur ki, onu operativ cavablaya bilirəm. Mən ani dəyişikliklər olanda dərslə bağlı qrupa mesaj ata bilirəm. Bir sözlə, digər müəllimlərə də tövsiyə edirəm. Bir kərə jurnalistikada olduğu kimi auditoriyaya doğru getmək lazımdır. Mənim auditoriyam, yəni tələbələrim, Facebook-da toplaşırsa demək, mən də orada, onların yaxınında olmalıyam. Continue reading

Posted in Yeni mediaya giriş | Tagged , , , , , , | 1 Comment

Öyrətmək mənim üçün…


Bakı Slavyan Universiteti, AJ 308 qrup tələbələrim seminar dərsində

Bakı Slavyan Universiteti, AJ 308 qrup tələbələrim seminar dərsində

Bakı Slavyan Universitetində Yeni mediaya giriş dərsini tədris edərkən əsas diqqət yetirdiyim məqamlar:

  • Tələbələrimi tanımaq.
  • Onların texniki və nəzəri biliklərini qiymətləndirmək və ona görə dərs proqramına davam etmək.
  • Onların ehtiyaclarını nəzərə almaq.
  • Sıxıcı olmamaq və diqqət çəkmək.

Bunlar çox önəmlidir. Beləki, mən dərsə başlayanda 3-cü kurs olmasına rəğmən tələbələr arasında E-mail ünvanı olmayanlar belə vardı. Mənim hədəfim isə tələbələrimə bloq yazmaq alışqanlıqlarından tutmuş multimedia bacarıqlarını vermək idi. Başlanğıcda bu həqiqətən də çətin görünürdü, amma mən inanırdım ki, biz birlikdə bunu bacaracağıq.

Artıq üç aydır ki, mən IREX-in Media Proqramı çərçivəsində tələbələrimlə işləyirəm. Və nəticəni burada yerləşdirdiyim şəkillərdən də görə bilərsiniz. Heç vaxt təqdimat hazırlamayan tələbələrim MS Power

Bakı Slavyan Universitetində, RJ 307 qrup tələbəm Fəridə Əşrəlovanın seminar təqdimatı

Bakı Slavyan Universitetində, RJ 307 qrup tələbəm Fəridə Əşrəlovanın seminar təqdimatı

Point proqramında, eləcə də Prezi-də işləyə bilirlər. Hətta Azərbaycan bölməsində oxuyan tələbələrimdən biri mənə ən başda söyləmişdi ki, o jurnalist olmaq istəmir və onun üçün bu dərs də digər dərslər kimi maraqlı deyil. Dərsin ikinci həftəsi mən onun bloq postunu dinləyə bildim. Bu qrup işi idi və mən çox xoşbəxt idim.

Tələbələrimi sevirəm, bəlkə də bu enerji mənə kömək edir ki, onlara inanım. Əvəzində seminar dərslərində tələbələrimin işlərini dəyərləndirə bilirəm. Məncə, müasir dövrün müəllimləri bir şeyi unutmamalıdırlar ki, tələbədən də öyrənmək olur, onların potensialını üzə çıxarmaq lazımdır, amma bunu məcburi şəkildə deyil, tələbənin öz istəyi ilə etmək olar. Deməli əvvəlcə onlara istəməyi öyrətməliyik. Tələbəni qayıb yazmaqla, dərsdən qovmaqla hədələmək əvəzinə, onun problemini dinləmək və onunla dost olmaq lazımdır. Continue reading

Posted in Yeni mediaya giriş | Tagged , , , | Leave a comment

Sahil metrosunun S(olmazı)…


solmaz

“Burda cavan qızlar işləmək istəmir.” Solmaz Qasımova 26 ildir metroda xidmət edir.

Solmaz Qasımova 26 ildir ki, Bakı metrosunda çalışır. Deyir Sahil metrosu onun elə ilk iş yeri olub, başqa da heç yerdə çalışmayıb.

“Metro mənim öz evim kimidir, əşi heç evim üçün darıxmıram. Amma işə bir gün  gəlməyəndə ürəyim partlayır.”

Solmaz xala təqaüdçü olsa belə işdən ayrılmaq fikri yoxdur: “Niyə çıxım axı, nə təqaüd alıram 130 manat? Burda əmək haqqım 250 manatdır. Az pul deyil ki!” Solmaz xala iki övladını tək başına böyüdüb, yoldaşını 4 ildir itirsə də deyir, heç sağ vaxtında da əri işləmirmiş. Uşaqlarını metroda əvvəl növbətçi, sonra isə xadimə olaraq qazandığı pulla böyüdüb.

“İş səhər saat 8-də başlayır, bir də axşam 8-ə qədər elə bu tualetin qapısındaca otururam. Tualeti silib süpürürəm. Hər cür adam gəlir. Mənə bibi deyirlər. Bir dəfə biri içkili vəziyyətdə məndən tələb edirdi ki, Qazax rayonuna gedən qatar hansıdır deyim. Deyirəm, ay balam Qazaxa burdan gedilmir.”

Solmaz Qasımovanın 66 yaşı var, Göyçaydan gəlib. Dörd nəvəsi var, onlara da maaşından pay ayırır: “İndiyədək 30 dəfə müdir dəyişib. Nə deyiblər, uşaq kimi boyun əymişəm. Nəvələrimi oxudum qurtarım sonra işləmərəm daha, övladlarıma kömək etməliyəm axı.”

Solmaz xala deyir ki, ömrü yetdiyi qədər elə burada işləyəcək. Ən böyük arzusu da iki övladını xoşbəxt görməkdir: “Onlara həmişə deyirəm, pis yola düşməsinlər, təhsildən vacib budur.”

Posted in Yolüstü cızmaqara | Tagged , , , , | Leave a comment