Category Archives: Şizofrenik sayıqlamalar

İçinə olan əsl sevgi…


Ana olmaq hissiyləmi başlayır dünya haqqında ən dərin düşüncələr? Ya da görəsən bir qadın insan dünyaya gətirəcəyi xəbərini aldığı gün ağlından nə keçirir? Belə bir sorğu keçirmək istərdim, qarşıma çıxan hər anadan. Bəlkə də ancaq gənc analardan, hətta analığa namizədlərdən. … Continue reading

Posted in Yolüstü cızmaqara, Şizofrenik sayıqlamalar | Tagged , , , , | Leave a comment

Qeyri-sərbəst toplaşmaq azadlığı


“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna edilən dəyişikliklər artıq qüvvədədir.  Prezident tətbiq sərəncamını verib.  Qanuna görə icazə almadan aksiya edənlər 5000-8000 manata qədər cərimələnə bilər. İndiyədək bu məbləğ 300 AZN imiş. Qanunda “sərbəst” və “azadlıq” kəlimlərinin yanında “icazə” kəliməsini anlamağa çalışıram. Anlaya bilmirəm. … Continue reading

Posted in Şizofrenik sayıqlamalar | Tagged , , , | Leave a comment

Eşqə oyanmaq


Modern dərviş deyirlər ona. Mərcan Dədənin insanı dekanstruksiya edən neydə bəstəsi. Bir mahnı insanı bu qədər düşündürüb, bu qədər rahatlada və eyni zamanda onu bu qədər içindən məhv edə bilməz… bütün pislikləri. Ruhun arınmaq zamanıdır dediyim hər dəqiqə dinlədiyim bu … Continue reading

Posted in Şizofrenik sayıqlamalar | Tagged , , , | Leave a comment

“Eynşteynin Allahı”


Bu günlərdə əlimə Krista Tippetin “Einstein’s God” adlı bir kitabı keçib. Kitabda bir sıra elm adamı ilə din və elm üzərinə maraqlı söhbətlər yer alır. Oxuduqca əslində bir daha anlayıram ki, din bir yoldur. İnsanlar müxtəlif cür yeriyir bu yolda. … Continue reading

Posted in Yolüstü cızmaqara, Şizofrenik sayıqlamalar | Tagged , , , , | 5 Comments

Su aydınlıqdır…


Mart ayının 12-dir gecənin keçdiyindən əminəm. Çünki bənzər sayıqlamalar həftə sonları yalnızlığında, boğucu hönkürütlərlə başlayır. Bir göz yaşı çabası sonra da qurutmağı xeyli müddət bacara bilmədiyin su axır gözündən. İçini aydınlatmaq üçün. Su aydınlıqdır deyir O. İçim aydınlanır, uzun həftələrdən … Continue reading

Posted in Şizofrenik sayıqlamalar | Tagged , , , , , , | Leave a comment

“Çürümənin kitabı”


Həyatına girməsini istədim-dedi, yarı melanxolik, yarı fleqmatik tanışım. İçinə yazıb: “Kitabı məndən öncə yazan E.M.Cioran-a çox hirsliyəm”. Bu ki düşüncə tərzini alt-üst edir, beynində oturuşmuş doqmatik təfəkkürü sökür. Yer üzü Yaradanın günahıdır. Öyrənilən hər şeyi rədd etməkdir insanın özü olması. … Continue reading

Posted in Şizofrenik sayıqlamalar | Tagged , , | Leave a comment

Qulağı ilə seçim edənlər…


Okan Bayulgen hər nə cür insan olursa olsun mənimlə razılaşarsınız ki, başı işləyir. Heç danışmasın elə üzünə baxanda görürsən ki, adam həyatını bugünə qədər boşuna yaşamayıb, üzündə bir intellekt xarizması oturuşub. Sizə Bayulgeni mədh etmək üçün yazmıram. Ondan da uğurlu … Continue reading

Posted in Şizofrenik sayıqlamalar | Tagged , , , , , , | Leave a comment