Ənənəvidən yeni mediaya…

UntitledTexnoloji gəlişmə günümüzün əsas məsələsinə çevrilib: kommunikasiya vasitələri zamanla təkamül edir və biz kabeldən kabelsiz cihazlara, telefondan televiziya əsrinə keçidin şahidi olduğumuz kimi indi də kiber dünyadakı konvergensiyanın içindəyik. Konvergensiya haqqında demək olar ki, hər bir media nəzəriyyəçisi danışır, lakin hələ də bəzi ekspertlər bu anlayışın dəqiq müəyyən olunmadığını düşünür. Əlbəttə ki, konvergensiyanın başlanğıc mərhələsini analoqdan rəqəmsala keçidlə bağlaya bilərik.  Amma bu o demək deyil ki, sadəcə texnoloji yeniliklərə ayaq uydurmaqla, tablet, ağıllı telefon və.s. istifadə etməklə bu prosesi qavramış və tətbiq etmiş oluruq. Jurnalistikaya, kontent yaratmağa təfəkkür, zehniyyət və baxış tərzi dəyişməlidir. Kanadalı nəzəriyyəçi Marshall McLuhan (1964) deyir ki, biz bu günümüzə maşının arxa güzgüsü ilə baxırıq və  biz bu günün işini dünənki alətlərlə, dünənki konseptlərlə görürük. Yaxşı bəs yeni media dediyimiz bu dönəmdə yeni konsepsiyalar nədir? İnteqrasiya, konvergensiya necə olmalıdır? Bu suallar ətrafında baş yormaq vaxtı çoxdan gəlib çatıb. 

KİV daxilində konvergensiyanın bir neçə yolu var. Ən önəmli yol xəbərə, onun istehsalına və paylaşımına yeni yanaşmadır. Bu da sosial şəbəkələrdən, multimedia proqramlarından və.s.  yararlanmaqla zəngin və rəngarəng auditoriyaya əl çatılan olmaq deməkdir.

Konvergensiyanı bir neçə cür açıqlayan var. Məncə, konvergensiya prosesi toplumun mədəniyyətinə sıx bağlı olan bir prosesdir. Bu yanaşmanı nəzəriyyəçi, “Konvergensiya Mədəniyyəti: Köhnə və Yeni medianın birləşdiyi yer” kitabının müəllifi Henry Jenkins dəstəkləyir. O deyir ki, konvergensiya sonu bilinməyən bir axındır və daim inkişaf edir. Öz kitabında müəllif arqumentini üç anlayışla açıqlayır: konvergensiya, iştirakçı mədəniyyət, kollektiv intellekt. Müəllifin də qeyd etdiyi kimi bu prosesdə təhsil, media islahatları və demokratiya axının təsiri altındadır.

August E.Grant, Jeffrey S.Wilkinson, “Media konvergensiyanı anlayarkən” adlı kitablarında bir media şirkətinin necə yeni mediaya inteqrasiya oluna biləcəyindən yazır. Xəbər otağının gəlişdirilməsinin vacibliyi vurğulanır ki, buraya xəbər redaktoru, jurnalistlər, xəbər qaynaqları ilə çalışanlar, multi vərdişli jurnalistlərin günlük işində olan dəyişikliklər daxildir. Bu dəyişim prosesində düzgün yol axtarmaq saflıq olar, dediyim kimi, düzgün yol hər ölkənin bu sahədə olan mədəni standartlarına çox bağlıdır.

Gələnəksəl medianın yeni mediaya inteqrasiya, konvergensiya olunmasından danışarkən qarşımıza tez-tez çıxan anlayışlardan biri də remediasiyadır. Yəni medianın yenidən şəkillənməsi, formalaşmasıdır. Bu haqda Jay David Bolter, Richard Grusin “Remediasiya: Yeni medianı anlayarkən” adlı kitabında ətraflı yazıb. Müəlliflər iddia edir ki, bu dəyişim prosesi özlüyündə texnologiyadan fərdə qədər geniş və dərin anlam daşıyır. Əslində, remediasiya müxtəlif media formaları arasında əlaqədən bəhs edir, burada məsələ sadəcə keçiddə, transformasiyada deyil.

Unutmaq lazım deyil ki, prosesin fəlsəfəsində köhnədən yeniyə təkcə texniki keçiş deyil, həm də kontent keçişi durur. Yəni bir materialı jurnalist fərqli platformalar üçün hazırlamağı bacarmalıdır. Kontent formaya uyğun gəlməzsə burada tam inteqrasiyadan danışa bilmərik. Bu vərdişləri aşılamaq üçün də təhsil çox önəmlidir. Jurnalistika tədrisində yeni media texnologiyaları tətbiq olunmalı, tələbələrə yeni standartlar və trendlər öyrədilməlidir.

1990-cı illərdə bir qəzetin yeni media direktoru olan Roger Fidler portativ elektron qəzetdən danışanda ona dəli deyirdilər. Bu gün biz kağız qəzetlərin necə yox olduğunu görürük. Artıq qəzetlər formatlarını yeniləyir və rəqəmsal yayınlanmağa üstünlük verirlər. Bu mənada ingilis qəzeti “The Guardian” çox uğurlu örnəkdir. Qəzetin həyata keçirdiyi yeni media strategiyası onun oxucu kütləsini artırır. 24 saat yenilənən formatı isə istifadəçiyə, oxucuya yönəlik tərtibatı ilə fərqlənir

Artıq “mən yazıram, sən oxuyursan” doqması yox olur, insanlar özləri kontent istehsalatçısına çevrilir.

Advertisements
This entry was posted in Yeni mediaya giriş and tagged , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s