Yeni media dərsi: öyrəndiklərimiz və dahası!

Facebook-da sorğu, Tələbələr dərsdən nə öyrəndi?

Facebook-da sorğu, Tələbələr dərsdən nə öyrəndi?

Mayın 29-da 45 tələbəmlə rəsmi olaraq sağollaşdım. Semestr bitdi. Bu bloq yazımı bir az tələbələrimin diliylə yazmaq istəyirəm. Facebook-dakı qrupumuzda tələbələrimdən bu dərsdən nə öyrəndiklərini soruşdum. Cavablar hələ də gəlir. Yeni media alətləri ilə tanış oldum,  onlardan faydalı yararlanmağı öyrəndim deyənlər var. Tələbələrim arasında sən demə internet düşmanları var imiş və onlar bu dərsdən sonra interneti sevməyə başladıqlarını deyirlər. Çünki onun verdiyi imkanlarla daha yaxından tanış ola biliblər. Əslində, bunun üzərində bir az baş yordum. Doğrudan bu dərsdə hədəfim daha mürrəkkəb vərdişləri vermək idisə də, birdən yanaşmam dəyişə bildi. Çünki tələbələrə bəzi alışqanlıqlar vermək zorunda qaldım. Məsələn, Email-lə işləmək vərdişi. Bunun yeni medianın çox-çox təməl sıralarında durduğunu bilsəm belə, buna sevinirəm. Çünki semestr sonunda içim çox rahatdır. Tələbələrim ən azından Gmail işlədir, Google məhsullarını tanıyır, online anket sorğu hazırlaya bilir. Jurnalist olaraq podkast, vodkast edə bilir. Ən əsası isə bloq yazmaq alışqınlığına sahibdirlər. Hətta tələbələrimdən biri özünə ayrıca bloq belə açıb.

Imtahan həyəcanı Facebook-da

Imtahan həyəcanı Facebook-da

Tələbələrim imtahan öncəsi sosial mediada imtahan həyəcanını paylaşmaqları belə məni sevindirir, məni də etiketləyirlər, yorumlara qoşuluram.

İmtahandan söz düşmüşkən. Cavabları yoxlayıram, dekan girib içəri qiymətlərə baxır, niyə bu qədər yüksək olduğunu soruşur. Deyirəm ki, yaxşı yazıblar ona görə. Deyir, axı bunların arasında dərsə gecikənlər var, bu necə olur? Dekanın xəbəri yoxdur  bəlkə, dünyada camaat fiziki auditoriyaları çoxdan önəmsəmir. Yəni alternativləri dəyərləndirə bilir. Mən də dekana cavab verdim ki, mən tələbələrimlə 24 saat internet üzərindən ünsiyyətdəyəm. Növbəti sualı axı niyə konsultasiyaya gəlmirlər? Deyirəm ki, hmm, tələbələrim Facebook üzərindən onlara qaranlıq qalan sualları soruşublar.

AJ 308 qrup tələbələrimYeni media dərsində tələbələrlə yanaşı mən də öyrəndim. Bilirəm ki, hər tələbənin öz potensialı var, istəksiz, qabiliyyətsiz tələbə yoxdur. Sadəcə onda maraq oyatmağı istəmək lazımdır. Bu çətindir, amma bəzən mümkündür.

This entry was posted in Yeni mediaya giriş. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s