Yeni medianı necə tədris edək?

BSU, RJ 307 qrup tələbəm Adeyemi Kazeem

Mən təbii ki, jurnalistika fakültəsinin tələbələrinə yeni medianın tədrisi məsələsinə toxunacağam. Əvvəlki bloq yazılarımdan da məlumdur ki, bu sahəni tədris edirəm və demək ki, bu sualı özümə vermişəm. Cavabını isə ən az həftədə üç dəfə güncəlləyirəm. Əsas paylaşmaq istədiyim məqam budur ki, yeni media tələbələrə tədris olunan zaman bunu köhnə mediaya alternativ və ya düşman qismində təqdim etmək yanlışdır. Media var, kommunikasiya var, jurnalistika var. Öncəliklə bu anlayışları doğru tanımlayan müəllim yeni medianın yeni imkanlar olduğunu qeyd etməlidir. Bu yeni imkanlar bərabərində mobillik, interaktivlik və zaman, məkan sərhədsizliyini gətirir.

BSU, AJ 308 qrup tələbəm Səmra Sədrəddinli

Demək, kommunikasiya şəklimiz dəyişir, demək, media yeni don geyinir və jurnalistlərin əlinə yeni vasitələr keçir. Mən tələbələrimə yeni medianı tədris edərkən deyirəm ki, bizlər yeni vasitələri görməzdən gəlməli deyilik və görməklə də yetinmək olmaz. Tətbiq etmək olayı var işin içində. Deməli, kontent də yenidən yaranır, bu dəfə daha oxunaqlı, insanlara daha yaxın və çatımlı şəkildə.

“Yeni media, yoxsa gələnəksəl media?” deyə dünya mediasında xeyli vaxtdır diskussiyalar başlayıb. Fikrimcə, burada “yeni” kəliməsi əsasən yeni imkanları tanımlamaq üçün istifadə olunur, yəni məsələ yeni mediaçı və ya gələnəksəl mediaçı olmaqdan getmir. Məsələ dəyişməkdir, uyğunlaşmaq və ayaqda qalmaqdır. Mənim tələbələrim universiteti bitirəndən sonra gələnəksəl mediada çalışacaq, amma fərqli düşünəcəklər. Onlar yeni nəfəs gətirəcəklər. Çünki 3-cü kurs tələbələrim bu gün xəbər saytlarını analiz edir, çatışmayan cəhətlərini görə bilir və öz təkliflərini verirlər.

BSU, RJ 307 qrup tələbəm Tural Həsənli

Tələbələrimə tez-tez deyirəm ki, köhnə medianın yeni mediaya keçməsi deyə bir şey yoxdur. Sadəcə konvergensiyadan söhbət edirik. Yəni, medianın yeni qiyafədə auditoriya qarşısına çıxması, onlarla onların dilində danışa bilməsi və.s. qaçınılmazdır. Artıq jurnalistlərin iş prinsipləri də dəyişib. İndi sosial medianın sayəsində “mən yazıram, sən oxuyursan!” kimi hökmlər qaldı geridə. Xəbər istehsal edənlərlə onu alanlar arasındakı sərhədd çoxdan incəlib. Bu dəyişiklik özlüyündə uçurum gətirib ki, bu da təfəkkürdə olan boşluqdur. İllərin jurnalistləri ayların jurnalistlərini qəbul etmək istəmir. Çünki ikincilər sosial medianın gücünə inanırlar, onlar bir az dəcəldirlər, tələsirlər və standartlara hər zaman uymurlar, və.s.

Bir sözlə, jurnalist tələbələrə yeni medianı tədris edərkən birinci növbədə onların düşüncə tərzini dəyişmək, onların jurnalistikaya baxış bucaqlarını genişləndirmək vacibdir.

This entry was posted in Yeni mediaya giriş and tagged , , , , , , . Bookmark the permalink.

4 Responses to Yeni medianı necə tədris edək?

  1. Mamed says:

    əla yazıdır! çox sağ olun. azərbaycan dilində bir sıra söz türkiyə ləhcəsi ilə əvəz olunub, bu da yazının yarısını anlamaqda çətinlik yaradır

  2. sabinavaqif says:

    Təşəkkür edirəm, Mamed. Üzr istəyirəm, belə bir alışqanlıq var məndə.

  3. Gunel says:

    salam mende Baki Slavyan univrsitetinin telebesiyem yazinizi cox beyendim,ugurlar

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s